13:08 05-06-2021
news_image
227
FUTBOL

Rekord vurulacaq – Moldova ilə matçda

Azərbaycan millisinin Moldova ilə sabahkı oyunu rekordla əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız bu rəqiblə 11-ci dəfə görüşəcək.

İndiyədək heç bir komanda millimiz önünə bu qədər çox çıxmayıb. Moldova Azərbaycanla ən çox qarşılaşan rəqib ünvanına yiyələnəcək.

İndiyədək tərəflər 10 dəfə görüşüb. Millimiz daha iki komanda – Qazaxıstan və Özbəkistanla da eyni sayda duelə çıxıb. Sabahkı görüşdə moldovalılar bu iki ölkəni arxada qoyacaq.

Əvvəlki 10 qarşılaşmaya gəlincə, matçların yarısı heç-heçə bitib. 5 sülhə imza atan rəqiblərin duellərində millimiz 2, moldovalılar 3 qələbəyə sevinib. Rəqibin bu üstünlüyü top fərqində də əksini tapıb. 6 qol vuran futbolçularımız 8 top buraxıb. Lakin 17 ildir rəqibinə uduzmayan millimiz son 5 görüşdə məğlub olmayıb.

2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova – 1:0
24 mart 2001. Bakı. DÇ. Azərbaycan – Moldova – 0:0
1 sentyabr 2001. Kişinyov. DÇ. Moldova – Azərbaycan – 2:0
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova – 0:0
18 may 2006. Kişinyov. YO. Moldova – Azərbaycan – 0:0
26 may 2010. Seekirchen. YO. Moldova – Azərbaycan – 1:1
7 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
30 yanvar 2018. Antalya (Türkiyə). YO. Azərbaycan – Moldova – 0:0
YO – yoldaşlıq oyunu, DÇ – dünya çempionatının seçmə oyunu