13:08 05-06-2021
news_image
115
FUTBOL

Bakıdakı qələbəsini şərh etdi – Şvartzman

“Bu qələbə mənim üçün çox şey deməkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-2” üzrə sprint yarışının qalibi Robert Şvartzman deyib.

“Prema” komandasının pilotu mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb: “İlk iki mərhələdə nəticələrimiz yaxşı deyildi. Uğursuzluq oldu, komanda və mən səhv etdik. İndi böyük qələbə hissi var. Ümumiyyətlə, avtomobilin qaydasında olduğunu və sürət baxımından ilk “3-lüy”ə girməyimə imkan verdiyini bilirdim”.

O, Bakıda təşkil olunan yarışda tempin yüksək olduğunu söyləyib: “Podiumda yanımdakı uşaqlar da yaxşı tempdədirlər. Həftəsonunu qələbə ilə başladığım üçün xoşbəxtəm, qarşıda iki yarış var və tempimizi nəzərə alaraq maraqlı olacaq. Mümkün qədər çox ötmə etməyə çalışacağıq”.

Qeyd edək ki, günün ikinci sprint yarışı saat 17:40-da başlayacaq.