13:36 05-06-2021
news_image
385
FUTBOL

Vur, düş tarixə - Kişinyovda

Azərbaycan millisi sabah Moldova millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Apasport.az saytının məlumatına görə, yığmamızın bu qarşılaşmada vuracağı ilk qol tarixi əhəmiyyət kəsb edəcək.

Komandamız indiyədək 199 dəfə rəqib qapısına yol tapıb. Kişinyovdakı ilk qol sayca 200-cü kimi tarixə düşəcək. Əgər heç bir futbolçu tarixə düşməyi bacarmasa, 200-cü qol növbəti matçadək təxirə salınacaq.

Moldovadakı oyun yığmanın tarixində 269-cu görüş olacaq. Komandamız əvvəlki 268 sınaqda 199 qol vurub. Millinin orta məhsuldarlığı 0,74-ə bərabərdir.

29 illik tarixə malik yığma ilk qolunu elə ilk oyununda vurub. Bu, 1992-ci il sentyabrın 17-nə təsadüf edib. Gürcüstanla səfərdəki yoldaşlıq görüşündə 3:6 hesabı ilə uduzan millinin ilk qoluna Nazim Süleymanov imza atıb.