09:31 06-06-2021
news_image
152
FUTBOL

Altıncı ayın altıncı günündə altıncı sınaq – millimiz üçün

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə yoldaşlıq görüşü keçirəcək.

Bu, millimizin iyunun 6-da keçirəcəyi 6-cı matç olacaq. Altıncı ayın altıncı günündəki altıncı sınaq ərəfəsində bu tarix komanda üçün uğurlu sayılır.

Milli üçün müsbət nəticələrlə əlamətdar olan nadir günlərdən birindəki 5 qarşılaşmada yalnız bir məğlubiyyət qeydə alınıb. Digər görüşlərdə isə 2 qələbə və 2 heç-heçə var. 

Hər iki qələbə iki top fərqi ilə gerçəkləşib. Yeganə mənfi məqam nəticələrin getdikcə pisləşməsidir. İlk iki oyun qələbə ilə bitibsə, ardınca iki heç-heçə və ən son sınaqda məğlubiyyət qeydə alınıb.

6 iyun 1993. Tehran. BT. Azərbaycan – Tacikistan – 2:0
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya – 2:0
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan – 2:2
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan – 1:1
6 iyun 2009. Bakı. DÇ. Azərbaycan – Uels – 0:1