13:33 05-06-2021
news_image
130
DİGƏR NÖVLƏR

Qəza törətdi, davam edə bilmədi - Maks Ferstappen

“Formula-1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.

Apasport.az saytının məlumatına görə, hadisə üçüncü sərbəst yürüş zamanı yaşanıb.

“Red Bull”un pilotu Maks Ferstappen 15-ci döngədə qəza törədib. Onun bolidi baryerə dəyib və məşqi dayandırıb. Maraqlıdır ki, dünən “Ferrari” pilotu Karles Lekler eyni yerdə qəzaya düşüb.

Qeyd edək ki, Maks Ferstappen dünən keçirilən birinci sərbəst yürüşün ən sürətlisi olub.