14:00 05-06-2021
news_image
169
DİGƏR NÖVLƏR

Bu dəfə Pyerr Qasli sürətli oldu – “Formula-1”

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. 

Apasport.az saytının məlumatına görə, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Pyerr Qasli göstərib.

“Alfa Tauri-Honda” komandasının pilotu dövrəni 1 dəqiqə 42,251 saniyəlik göstərici ilə başa vurub. Dünən baş tutan ilk iki sərbəst yürüşdə müvafiq olaraq 6-cı və 5-ci olan Qasli bu dəfə dövrəni hamıdan sürətli qət edib. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Serxio Peres (“Red Bull”) və Luis Hamilton (“Mercedes”) izləyib. 

Saat 16:00-da pilotlar sıralama turuna çıxacaqlar.

Qeyd edək ki, dünən keçirilən birinci sərbəst yürüşdə “Red Bull”un digər pilotu Maks Ferstappen hamıdan sürətli olub.