14:48 05-06-2021
news_image
88
FUTBOL

Mövsümün futbolçusu açıqlandı – Premyer Liqada

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu ada Ruben Diaş layiq görülüb.

Bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb. “Mançester Siti”nin müdafiəçisi bu ada layiq digər 7 namizədi arxada qoyub.

2020/21 mövsümünün ən yaxşısı seçilən müdafiəçi Harri Keyn və Məhəmməd Salah kimi ulduzları da üstələyib.

Qeyd edək ki, Diaş “Mançester Siti” ilə İngiltərə çempionu titulunu qazanıb.