17:52 05-06-2021
news_image
298
FUTBOL

Maksim, Bədavi, Namiq – Kişinyova niyə gedib?

Azərbaycan millisinin Moldova ilə sabahkı qarşılaşması bəzi futbolçular üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, 5 futbolçu Kişinyovda meydana çıxmaqla yubiley qeyd edə bilər.

Maksim Medvedev millidə 70-ci oyununu keçirmək üçün Moldova ilə görüşdə iştirak etməlidir. Onun “Qarabağ” və yığmadakı komanda yoldaşı Bədavi Hüseynov üçün növbəti matç 60-cı olacaq.

“Neftçi”nin heyətində Premyer Liqanın bombardiri olan Namiq Ələsgərov 25-ci dəfə milli forma geyinmək imkanına malikdir. Digər iki oyunçu yalnız 10-cu matçına çıxa bilər. Bunlar Vüqar Mustafayevlə Azər Salahlıdır.

Yığmanın düşərgəsindəki 30 oyunçudan ikisi isə hələ də debütünü gözləyir. Bunlar qapıçılar Mehdi Cənnətovla Aydın Bayramovdur.

futbolçu

oyun

qol

Maksim Medvedev

69

4

Qara Qarayev

65

0

Bədavi Hüseynov

59

1

Ramil Şeydayev

37

7

Namiq Ələsgərov

24

0

Təmkin Xəlilzadə

23

3

Emin Mahmudov

18

3

Anton Krivotsyuk

17

0

Abbas Hüseynov

12

0

Emil Balayev

12

-17

Bəhlul Mustafazadə

11

0

Rahil Məmmədov

10

0

Azər Salahlı

9

0

Vüqar Mustafayev

9

0

İsmayıl İbrahimli

7

0

Əli Qurbani

6

0

Elvin Bədəlov

6

0

Elvin Camalov

6

0

Rəhim Sadıxov

6

0

Anatoli Nuriyev

4

0

Aleksey İsayev

3

0

Elvin Cəfərquliyev

3

0

Şəhriyar Əliyev

2

0

Toral Bayramov

2

0

Hoccət Haqqverdi

1

0

Murad Xaçayev

1

0

Rüstəm Əhmədzadə

1

0

Sərtan Taşkın

1

0

Aydın Bayramov

0

0

Mehdi Cənnətov

0

0