14:54 05-06-2021
news_image
143
FUTBOL

“Azərbaycanla oyunda maksimuma nail olmalıyıq” – moldovalı futbolçu

“Azərbaycanla oyun bizə psixoloji baxımdan vacibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin futbolçusu Vadim Ratse deyib.

O, Azərbaycan yığması ilə sabah keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında görüş barədə danışıb: “Bizə yaxşı nəticə lazımdır. Çünki son vaxtlar belə nəticələrlə öyünə bilmirik. Bu matçda mübarizə aparamalıyıq və maksimuma nail olmalıyıq”.

Ratse matçdan gözləntilərini də açıqlayıb: “Bu gün məşqçilərlə birlikdə toplantımız olacaq. Videogörüntülərlə rəqibi təqdim edəcəklər. Onların zəif və güclü tərəflərini biləcəyik. Düşünürəm ki, bizə meydana istəklə çıxmaq lazımdır. İlk növbədə öz oyunumuzu göstərməliyik. Görək, onlar bizi təəccübləndirə biləcəkmi və ya biz onları nə ilə təəccübləndirəcəyik. Ümid edirəm ki, müsbət nəticə qazanacağıq. Bunu çox istəyirik”.

Futbolçu uzun müddətdən sonra azarkeşlər önündə oynamağa da toxunub: “Biz azarkeşlərimiz üçün çox darıxmışıq. Bu barədə komanda yoldaşlarımızla da danışmışıq. Onların önündə bizə daha asan olacaq. Çünki bizi daim önə səsləyir və buna görə də təşəkkür edirik. Bu, psixoloji baxımdan vacibdir. Axı nəticəyə görə təzyiq hiss edirik. Düzünü demək lazımdır ki, biz futbol ölçülərinə görə böyük olmayan ölkəyik, kiçik komandayıq və hər matçdan maksimum qoparmağa çalışmalıyıq”.