17:32 05-06-2021
news_image
112
DİGƏR NÖVLƏR

Bu dəfə iki pilot birdən qəza törətdi – “Formula-1”

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda növbəti xoşagəlməz hal yaşanıb.
 
Apasport.az saytının məlumatına görə, bu dəfə iki pilot birdən qəza törədib.

“Ferrari”nin heyətində Karlos Sayns və “Alfa Tauri-Honda”dan Yuki Tsunoda eyni döngədə idarəetməni itirib. Hadisə sıralama turunun son saniyələrində baş verib.

Qeyd edək ki, buna qədər Daniel Rikkardo (“MakLaren”), Antonio Covinatsi (“Alfa Romeo”) və Lens Stroll (“Aston Martin”) qəza törətmişdi.