17:40 05-06-2021
news_image
86
FUTBOL

Qvardiola 3-ə çatdı – Ferqyuson əlçatmazdır

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqanın ən yaxşı çalışdırıcı seçilib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis üçüncü dəfə çempionatın ən yaxşı məşqçisi adına yiyələnib.

O, 2017/18 və 2018/19 mövsümlərində də bu mükafata sahib çıxıb. Qvardiola belə mükafatların sayına görə Premyer Liqada ikincidir.

Yalnız əfsanəvi Aleks Ferqyuson daha çox uğur qazanıb. “Mançester Yunayted”in sabiq çalışdırıcısı 11 dəfə Premyer Liqanın ən yaxşı məşqçisi olub.