18:46 05-06-2021
news_image
151
FUTBOL

“Neftçi”də vida – albaniyalı getdi

“Neftçi” Bruno Teluşi ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubu saytı məlumat yayıb. 

Albaniyalı yarımmüdafiəçi başa çatan 2020/21 mövsümündə komandada 9 oyun keçirib. O, “Neftçi” ilə Azərbaycan çempionu olub.

Qeyd edək ki, bunadək Ahmed Ahmedovun icarə, Rener Alves, Keysuke Hondanın müqaviləsi müddəti başa çatıb, Rəhman Hacıyev və Turan Vəlizadə yenidən icarəyə verilib.