15:58 28-08-2008
news_image
393
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları Rusiyada keçirilən turnirdə mükafat qazana bilməyiblər

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Həştərxan şəhərində beynəlxalq şahmat festivalı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarış çərçivəsində təşkil olunan “Həştərxanın ümidləri” turnirində Azərbaycanın iki şahmatçısı mübarizə aparıb. Təmsilçilərimiz yarışa inamlı başlasalar da, sonda mükafatçılar sırasına düşə bilməyiblər. Belə ki, Şəlalə Əbdülkərimli keçirdiyi 9 oyundan 6 xal toplayaraq 5-ci yeri tutub. Cavid Məmmədov isə 5 xalla 9-17-ci pillələri bölüşüb.