19:17 05-06-2021
news_image
156
DİGƏR NÖVLƏR

Bakıda ikinci mükafatlandırma - "Formula-2"

Azərbaycan Qran-prisində ikinci mükafatlandırma mərasimi təşkil olunub.

Apasport.az saytının məlumatına görə, günün ikinci yarısına təsadüf edən “Formula-2” üzrə sprint yarışının qalibləri mükafatlandırılıb.

Juri Vips (“Hitech Grand Prix”) yarışın qalibi olubsa, David Bekmenn (“Çaruz”) ikinci, Yehan Daruvala (“Karlin”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, birinci yarışın qalibi Robert Şvartzman (“Prema”) olub. Dan Tiktum (“Karlin”) ikinci, Quanyu Jou (“Uni-Virtuosi”) isə üçüncü pillədə qərarlaşıb.