20:38 05-06-2021
news_image
643
FUTBOL

“Legiya” eyham vurdu: Bakını göstərib, “11” dedi - FOTO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Legiya” klubuna keçidi reallaşmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, artıq Varşava təmsilçisi də bununla bağlı paylaşım edib.

Klub rəsmi feysbuk və instaqram səhifələrində üzərində “Transfer 11” əks olunan Bakı şəhərinin şəklini paylaşıb. Emrelinin geyindiyi “11” nömrəli formaya eyham vurulub.

Qeyd edək ki, bu gün Polşaya yola düşən hücumçunun gələn həftə müqavilə imzalayacağı gözlənilir.