21:32 05-06-2021
news_image
144
DİGƏR NÖVLƏR

“Mövsümüm bir növ indi başlayır” - Vips Bakıda sevindi

“Bizim üçün asan mövsüm keçmir”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-2” üzrə ikinci sprint yarışının qalibi Juri Vips deyib.

“Hitech Grand Prix” komandasının pilotu Bakıdakı mükafatlandırmadan sonra təəssüratlarını bölüşüb. O, sevincli olduğunu bildirib: “Burada çətin mübarizə oldu. Mənim mövsümüm bir növ indi başlayır”.

Qeyd edək ki, ikinci sprint yarışında David Bekmenn (“Çaruz”) ikinci, Yehan Daruvala (“Karlin”) üçüncü yeri tutub.