21:51 06-06-2021
news_image
382
FUTBOL

Moldovaya uduzdu - yığmamız

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız ötən ay başlanan təlim-məşq toplanışı çərçivəsində sonuncu sınağına çıxıb.

Canni de Byazinin yetirmələri Moldovada meydan sahibləri ilə üz-üzə gəlib. Kişinyovdakı qarşılaşma italiyalı məşqçilərin dueli kimi diqqət çəkib. De Byazinin başçılıq etdiyi milli vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran həmyerlisi Roberto Bordinin komandası ilə qarşılaşıb.

Son 4 görüşdə meydanı qolsuz tərk etməyən yığmamız uğurlu seriyanın davamını gətirə bilməyib. Ev sahiblərinin 8-ci dəqiqədə vurduğu yeganə qola komandamız qarşılıq verə bilməyib. Bu da 0:1 hesablı məğlubiyyətə səbəb olub.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində Türkiyəyə 1:2 hesabı ilə uduzub, Belarusa eyni hesabla qalib gəlib.

Yoldaşlıq oyunu
6 iyun
20:00. Moldova – Azərbaycan - 1:0
Qol: 
Vitalie Damaşcan, 8
Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya)
Moldova: 23. Kristian Avram, 3. Vadim Bolohan, 4. İqor Armaş (k), 5. Veaceslav Posmac, 9. Vitalie Damaşcan, 14. İqor Costrov, 15. İoan Jardan, 17. Alexandr Belousov, 18. Kristian Dros, 20. Sergiu Platica, 22. Vadim Rata
Ehtiyat oyunçular: 1. Dumitru Celeadnic, 12. Nicolai Cebotari, 2. İqor Arhirii, 6. Daniel Dumbravanu, 7. Andrei Cojacari, 8. Georghe Anton, 10. Dan Spataru, 11. Evgheni Oancea, 13. Maksim Potirniche, 16. Alexandru Antoniuc, 19. İon Nicolaescu, 21. Nicky Clescenco
Baş məşqçi: Roberto Bordin
Azərbaycan: 23. Mehti Cənnətov, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Emil Balayev, 12. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 9. Rəhim Sadıxov, 13. Şəhriyar Əliyev, 14. Sertan Taşkın, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 21. Toral Bayramov, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni de Byazi
Kişinyov. “Zimbru” stadionu