13:16 06-06-2021
news_image
87
DİGƏR NÖVLƏR

3 pilot yarışı dayandırdı - “Formula-2”də

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.

Yarışın əvvəllərində Markus Armstronqla (“Dams”) Teo Purşer (“Art Grand Prix”) toqquşub. Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib. Qəzaya səbəb olan “Karlin” pilotu Dan Tiktum cəzalandırılıb.

Bundan əlavə, Matteo Nannini (“Kampos”) də qəza törətdiyi üçün treki tərk edib.