14:02 06-06-2021
news_image
150
DİGƏR NÖVLƏR

Qaliblər mükafatlandırıldı - “Formula-2”də

Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.

Apasport.az saytının məlumatına görə, “Formula-2” üzrə üçüncü dəfə qaliblər mükafatlandırılıb.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Juri Vips (“Hitech Grand Prix”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.Müvafiq olaraq 2-3-cü yerləri tutan “Prema” komandasının pilotları Oskar Pyastri və Robert Şvatzman, həmçinin 4-cü olan Felipe Druqoviç (“Uni-Virtuosi”) də kubokla mükafatlandırılıb.

Qeyd edək ki, Juri Vips dünən keçirilən ikinci sprint yarışının da qalibi olub.