16:56 06-06-2021
news_image

Təsnifat Turniri ilə vidalaşdı - Əliyev

Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib. 

Apasport.az saytının məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kiristoferlə (Fransa) üz-üzə gəlib. 

Görüş rəqibin qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.