17:01 06-06-2021
news_image
171
DİGƏR NÖVLƏR

Lens Stroll qəzaya uğradı - “Formula-1”

“Formula-1” üzrə Azərbaycan Qran-prisində daha bir xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Aston Martin”in pilotu Lens Stroll qəzaya uğrayıb.

İdarəetməni itirən Strollun bolidi baryerə dəyərək yararsız hala düşüb.

Qeyd edək ki, Lens Stroll dünənki sprint yarışında da qəzaya uğramışdı.