18:32 06-06-2021
news_image
159
DİGƏR NÖVLƏR

Lider dəyişikliyi olmadı – “Formula-1”də

“Formula-1” üzrə dünya çempionatının ümumi sıralamasının liderlər zonasında dəyişiklik olmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb zirvədəki pilotların Azərbaycan Qran-prisində xal qazana bilməməsidir.

Bakı trasında “Red Bull” komandasının pilotu Maks Ferstappen qəzaya uğrayıbsa, “Mercedes”dən Luis Hamilton 15-ci yerlə kifayətlənib. Bu səbəbdən lider Ferstappen 105 xalda, ikinci pillədəki Hamilton isə 101 xalda qalıb.

Azərbaycan Qran-prisinin qalibi Serxio Peres isə xallarının sayını 69 edərək, ümumi sıralamada 3-cü yerə yüksəlib.

Qeyd edək ki, Mühəndislər kubokunda 174 xala malik “Red Bull” birinciliyini qoruyub. “Mercedes” 148 xalla ikincidir.