18:50 06-06-2021
news_image
61
DİGƏR NÖVLƏR

Qələbə şərhi - Serxio Peresdən

“Maksa görə təəssüf hissi keçirirəm. O, böyük yarış keçirdi, qələbəyə layiq idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Serxio Peres deyib.

“Red Bull”un pilotu Bakı trasında komanda yoldaşı Maks Ferstappenin qəzaya uğrayaraq mübarizəni dayandırmasına üzüldüyünü söyləyib: “Yekunda bizim üçün fantastik yarış oldu. İzləyicilər çox yaxın idi. Ancaq yarışı birinci pillədə bitirməyi bacardıq. Luis Hamilton məni çox təzyiqdə saxladı. Yarışın bərpasından sonra birinciliyi itirməyəcəyimdən əmin idim”.

Qeyd edək ki, Azərbaycan Qran-prisində Sebastyan Fettel (“Aston Martin”) ikinci, Pyerr Qasli (“Alfa Tauri-Honda”) isə üçüncü yeri tutub.