20:01 06-06-2021
news_image
71
FUTBOL

255-ci futbolçu – Azərbaycan millisində

Moldova ilə yoldaşlıq görüşü keçirən Azərbaycan millisində daha bir futbolçu debüt edib.

Apasport.az saytının məlumatına görə, qapıçı Mehdi Cənnətov yığmamızın heyətində ilk oyununa çıxıb.

Start heyətində meydana daxil olan milliləşdirilmiş qolkiper yığmanın tarixinə 255-ci futbolçu kimi düşüb. Yay fasiləsində “Sumqayıt”dan “Zirə”yə keçən qolkiperə qədər milli formasını 254 oyunçu geyinmişdi.

Qeyd edək ki, Moldova – Azərbaycan qarşılaşması Kişinyovun “Zimbru” stadionunda keçirilir.