20:56 06-06-2021
news_image

Mübarizəni dayandırdı – boksçumuz

Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev (63 kq) Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünə çıxıb. 

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən dünya çempionumuz 1/4 çərçivəsində Sofyan Umia ilə üz-üzə gəlib. 

Çələbiyevin Fransadan olan rəqibi ilə görüşü gərgin alınıb. Dünya çempionlarının duelindən Umia qalib ayrılıb. 

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.