21:42 06-06-2021
news_image
69
FUTBOL

Zədələnib meydanı tərk etdi - Bədavi Hüseynov

Azərbaycan millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Bədavi Hüseynov zədələnib.

“Qarabağ”ın arxa xətt oyunçusu Moldova ilə Kişinyovda keçirilən yoldaşlıq görüşünün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. Müdafiəçi mübarizəni davam etdirə bilmədiyindən, yığmamız son dəqiqələri azlıqda keçirməli olacaq. Çünki əvəzləmə limiti dolub.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə Moldova yığması 1:0 hesabı ilə öndədir.