22:04 06-06-2021
news_image
182
FUTBOL

20 oyunluq qələbəsizlik seriyasına son qoydu – millimizlə matçda

Azərbaycan millisi ilə oyun Moldova yığması üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandamız Kişinyovda keçirilən yoldaşlıq görüşündə Roberto Bordinin yetirmələrinin uzun fasilədən sonra üzünün gülməsinə səbəb olub.

Moldovalılar 20 oyunluq qələbəsiz oyunlar seriyasına məhz Canni de Byazinin yetirmələrini məğlub edərək son qoyub. Rəqib buna qədər son qalibiyyət sevincini düz iki il bundan əvvəl – 2019-cu ilin iyununda Andorra ilə görüşdə (1:0) yaşamışdı.

Moldova bu dəfə də eyni hesabla yığmamızı meydandan başıaşağı yola salıb.