09:16 07-06-2021
news_image
83
AVRO-2020

Koronavirusa yoluxdu – millinin yarımmüdafiəçisi

İspaniya millisinin futbolçusu Serxio Buskets koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin testi müsbət nəticə verib.

Buskets AVRO-2020 ərəfəsində təcrid olunub. Bu üzdən futbolçu Litva ilə iyunun 8-dəki yoxlama oyununu buraxacaq.

Qeyd edək ki, İspaniya millisi AVRO-2020-də E qrupunda İsveç, Polşa və Slovakiya ilə mübarizə aparacaq.