10:18 07-06-2021
news_image
132
FUTBOL

Ən yaxşılar bəlli oldu – Avropa çempionatında

21 yaşadək futbolçular arasında Avropa çempionatının ən yaxşıları bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fabio Vieyra ən yaxşı futbolçu, Lukas Nmeça ən yaxşı bombardir mükafatına sahib çıxıb.

Gələcəyin ulduzları gözü ilə baxılan bu futbolçular finalda üz-üzə gəlib. Almaniya millisinin Portuqaliya üzərindəki 1:0 hesablı qələbəsinin müəllifi məhz Nmeça olub. Bu, hücumçunun turnirdə 4-cü topu olub. Fabio isə komandası uduzsa da, ən yaxşı oyunçu seçilib.

Qeyd edək ki, Sloveniyadakı çempionluq Almaniyanın 3-cü uğuru olub. İtaliya və İspaniya hamıdan çox – hərəyə 5 dəfə qalib gəlib.