22:00 07-06-2021
news_image
72
FUTBOL

Əməliyyat olunacaq – Reşford

İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşford əməliyyat olunmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, hücumçu AVRO-2020-dən sonra cərrah masasına uzanmaq fikrindədir.

Ötən mövsümün gedişində çiynində və ayağındakı ağrılardan əziyyət çəkən ingiltərəli problemi həll olunmasını istəyir. 23 yaşlı forvard əməliyyat üzündən 2021/22 mövsümünün startını buraxa da bilər.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-nin D qrupunda Xorvatiya, Şotlandiya və Çexiya ilə mübarizə aparacaq.