10:56 07-06-2021
news_image
223
FUTBOL

Sol cinah müdafiəçisi - “Qalatasaray” üçün

Türkiyənin “Qalatasaray” klubu yeni futbolçu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi sol cinah müdafiəçisi mövqeyinə iki oyunçunu nəzərdən keçirir.

İstanbul klubu İspaniya “Betis”ində çıxış edən Aleksandre Morenonun xidmətində maraqlıdır. Türkiyəlilər alternativ variant barədə də düşünür.

Əgər Morenonun keçidi reallaşmasa, Dieqo Laksaltın transferi ön plana çıxacaq. İtaliya “Milan”ının futbolçusu “Qalatasaray” üçün ehtiyat variant hesab olunur.

Qeyd edək ki, Moreno La Liqanın son mövsümündə 23 oyun keçirib.