11:27 07-06-2021
news_image
210
AVRO-2020

Millidə yeni futbolçu – AVRO-2020-də

İngiltərə millisinin AVRO-2020 üçün sifariş vərəqinə əlavə olunacaq futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Trent Aleksander-Arnoldun siyahıdan çıxarılmasından sonra boş qalan yeri Ben Uayt tutacaq.

“Brayton”un müdafiəçisi digər namizədlərlə müqayisədə məşqçilər korpusunu daha çox razı salıb. Yoxlama oyunlarında yarımmüdafiəçilər Ceyms Uord-Praus (“Sauthempton”) və Cessi Linqard (“Mançester Yunayted”) da sınansa da, sonda Uayta üstünlük verilib.

Qeyd edək ki, Trent Avstriya ilə yoxlama oyununda (1:0) zədələndiyi üçün 6 həftə buraxacaq.