13:27 07-06-2021
news_image
208
FUTBOL

Mövsümdə 100 qol şansına çatanlar – “Top-5”də 4 futbolçu

2020/21 mövsümündə “böyük beşlik” ölkələrində ən çox qol şansı yaradan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Top-5” liqalarla yanaşı, Çempionlar Liqası və Avropa Liqasında çıxış edən futbolçularla bağlı aparılan araşdırma nəticəsində cəmi 4 nəfərin 100 qol şansına çatdığı müəyyənləşib.

Həmin “4-lük” bunlardır:

1. Bruno Fernandeş (“Mançester Yunayted”) - 133
“Mançester Yunayted”in portuqaliyalı ulduz futbolçusu gəldiyi gündən vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə klub tarixinin ən uğurlu transferlərindən olduğunu sübut etdi. Fernandeş ötən mövsüm Premyer Liqada 12, Çempionlar Liqasında 1, Avropa Liqasında 4 assist etdi, həmçinin 27 qolun müəllifi oldu. Mövsüm ərzində ümumilikdə 133 qol şansı yaradan Bruno bu baxımdan Avropanın ən yaxşısıdır.

2. Hakan Çalhanoğlu (“Milan”) – 112
Qitədə ən çox qol imkanı yaradan ikinci oyunçu Türkiyə millisinin üzvüdür. “Milan”da uğurlu mövsüm keçirən yarımmüdafiəçi A seriyasında 10, Avropa Liqasının seçmə mərhələsində isə 2 qolun ötürməsini verdi. 112 qol şansı yaratmasına baxmayaraq, hələ də “Milan”la yeni müqavilə imzalamayıb. Hər halda AVRO-2020-dəki çıxışı daha böyük kluba keçidinə təkan ola bilər.

3. Tomas Müller (“Bavariya”) - 107
“Bavariya”nın oyun qurucusu Avropada ən çox assist edən futbolçu oldu. Bundesliqada 21, Çempionlar Liqasında 3 qolun ötürməsini verən Müller ümumilikdə 107 qol şansı yaratdı. 24 assistə 13 qol da əlavə etsək, mövsümü Almaniya millisinin üzvü üçün uğurlu saymaq olar.

4. Lionel Messi (“Barselona”) – 100
Ötən mövsüm də “Barselona”nın qol yükünü daşıyan argentinalı superulduz La Liqanı bombardir kimi tamamladı. Bununla bərabər çempionatda 11, Çempionlar Liqasında isə 2 məhsuldar ötürmə ilə diqqət çəkdi. Həmyerlisi Serxio Aqueronun də gəlişindən sonra Messinin gələn mövsüm daha çox qol şansı yaratması gözlənilir.