22:45 07-06-2021
news_image

Tokioya getmədi, su anbarında poza verdi – FOTOSESSİYA

Ukraynalı boksçu Tatyana Kob Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsini yaxşı istirahətlə unutmağa çalışır.

Apasport.az saytının məlumatına görə, Avropa çempionatlarının üçqat mükafatçısı qitə Olimpiya təsnifat turnirində ikinci mərhələsində uduzaraq Yaponiya yollanmaq şansını itirib.

33 yaşlı idmançı Tokio əvəzinə su anbarının kənarına gedərək çimərlik geyimində pozalar verib. Tatyana Olimpiadada iştirak etməsə də, gözəlliyi ilə öyünə bildiyini göstərib.

Qeyd edək ki, Kob Avropa çempionatlarının tam dəstinə sahibdir. O, 2009-da qızıl, 2016-da gümüş, 2019-da bürüncə yiyələnib.