14:17 07-06-2021
news_image
104
FUTBOL

“Azərbaycan millisi üzərində qələbə bizə öz gücümüzə inam verəcək” - Armaş

“Biz şadıq ki, yığmanın pandemiyadan sonra Kişinyovda azarkeşlər önündəki ilk oyununda qələbə qazana bildik”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin futbolçusu İqor Armaş deyib.

Yığmasının kapitanı Azərbaycan millisi ilə yoldaşlıq oyunu barədə fikirlərini bildirib: “Bu, bizə öz gücümüzə inam verəcək. Payızda keçiriləcək rəsmi görüşlərdə yaxşı oyun və nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Rəqibimiz asan deyildi, təcrübəli və usta komanda idi. Azərbaycanla qarşılaşmalar həmişə bizim üçün asan keçmir. Ona görə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, müdafiədə kompakt, hücuma keçərkən sürətli olmağa çalışdıq”.

Armaş qarşıdakı AVRO-2020 barədə də danışıb: “Birinci yeri tutmaq üçün favoritlər kifayət qədər çoxdur. Amma mənim favoritlərim Portuqaliya ilə Fransadır”.

Qeyd edək ki, Moldova millisi yığmamıza 1:0 hesabı ilə qalib gəlib.