14:55 07-06-2021
news_image
218
FUTBOL

Bakıya yola düşdü - Uels yığması

AVRO-2020-nin A qrupunda yer alan Uels yığması hazırlığını yekunlaşdırıb.

Apasport.az saytının məlumatına görə, Britaniya təmsilçisi turnirin ilk oyunu üçün ölkəni tərk edib.

Komandanı Bakıya gətirən təyyarə artıq yola düşüb. Uels millisi paytaxtımızda bir neçə günlük hazırlıqdan sonra Bakı Olimpiya Stadionunda ilk oyununa çıxacaq.

Qeyd edək ki, Uels – İsveçrə görüşü iyunun 12-də keçiriləcək.