15:03 07-06-2021
news_image
146
FUTBOL

Daha bir komanda gəlir - Bakıya

Avropa çempionatında iştirak edəcək daha bir komanda ölkəsini tərk edib.

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan İsveçrə yığması Bakıya yola düşüb.

Bir qədər əvvəl səfərə çıxan Vladimir Petkoviçin yetirmələri AVRO-2020-yə son hazırlığını paytaxtımızda görəcək.

Qeyd edək ki, İsveçrə yığması ilk oyununu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcək.