15:13 07-06-2021
news_image
110
FUTBOL

Superkubokun yeri dəqiqləşdi – daha üç il üçün

İspaniya Superkuboku 2029-cu ilə qədər Səudiyyə Ərəbistanında keçiriləcək.

Apasport.az saytının məlumatına görə, İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubales və Asiya ölkəsi arasında əməkdaşlığın davamı barədə razılıq əldə olunub.

Bunadək olan anlaşma 2026-cı ilədək nəzərdə tutulmuşdu. Tərəflər əməkdaşlığı daha üç il davam etdirəcək.

Bu müddətdə RFEF 240 milyondan 320 milyon avroya qədər qazanacaq. Bu, müqavilə tam həyata keçiriləcəyi halda mümkün olacaq.