15:38 07-06-2021
news_image
321
FUTBOL

“Legiya”da tibbi müayinədən keçdi – Mahir Emreli

“Legiya”nın yeni transferi Mahir Emreli Varşava klubunda tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvündən dünən və bu gün müəyyən testlər götürülüb.

Polşa təmsilçisi 24 yaşlı hücumçunun dünən daxili orqanlarını yoxlayıb, hər şey qaydasında olub. Bugünkü Maqnit Rezonans Tomoqrafiyasının cavabları isə sabah bilinəcək.

“Qarabağ”dan yollanan forvard sabah səhər saatlarında klubun bazasında qaçış testindən keçəcək. Hər hansı bir problem aşkarlanmasa, sabah münasibətlər rəsmiləşəcək və “Legiya” onu ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə 3 illik müqavilə imzalaması nəzərdə tutulub.