00:26 08-06-2021
news_image
184
FUTBOL

Ramosdan son istəyi - Peresin

“Real” kapitanı Serxio Ramosla yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” əfsanəvi oyunçusu üçün vida mərasimi təşkil etməyi planlaşdırır.

Klub prezidenti Florentino Peres yaxın günlərdə 35 yaşlı mərkəz müdafiəçisi ilə bu barədə söhbət etdikdən sonra qərarını qətiləşdirəcək. Prezident Ramosun Madrid təmsilçisində qazandığı 22 kubokla şəkil çəkdirməsini istəyir. Ancaq futbolçunun buna cavabının necə olacağı bilinmir.

Qeyd edək ki, 2005-ci ildən “Real”ın formasını geyinən Serxio Ramos başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.