15:59 07-06-2021
news_image
160
FUTBOL

“Fərqi artıra da bilərdim, amma bəxtim gətirmədi” – yığmamızı məyus edən futbolçu

“Çətin oyun oldu. Hər iki komandanın şansları var idi”. 

Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin futbolçusu Vitali Damaşkan deyib.

Azərbaycan yığması ilə yoldaşlıq oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran hücumçu görüş barədə fikirlərini açıqlayıb: “Baş məşqçimiz oyundan öncə rəqibin təhlükəli olması barədə xəbərdarlıq etmişdi. İlk yarıda üstünlük bizim tərəfdə idi. Fasilədən sonra qarşılıqlı hücumlar oldu. Hətta ikinci hissədə mən də fərqi artıra bilərdim, amma bəxtim gətirmədi”.

Damaşkan öz üzərində çalışdığını da qeyd edib: “Futbolda heç də həmişə istədiyin alınmır. Axı rəqib də yerində dayanıb baxmır, müqavimət göstərir. Öz çatışmazlıqlarımı bilirəm. Onların üzərində çalışıram. Azərbaycanla görüşdə mənə start heyətdə şans verdikləri üçün məşqçilərə minnətdaram. Yığmaya həmişə böyük sevinclə, ilk çağırışda gəlirəm. Ümid edirəm ki, qələbə bizi birləşdirəcək və payızda seçmə mərhələnin qalan oyunlarını layiqincə keçirməyə kömək edəcək”.

Forvard 4 gün sonra başlayacaq AVRO-2020-nin favoritlərini də açıqlayıb: “Bir aşkar favorit deyə bilmərəm. Yəqin ki, bunlar Fransa, İngiltərə və İspaniyadır”.