00:00 08-06-2021
news_image
211
FUTBOL

Dünyanın ən dəyərli futbolçuları – ingilislər zirvədə, Neymar “80-lik”də

Dünyanın ən dəyərli futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası transfer qiyməti ən baha olan 100 futbolçunu müəyyənləşdirib.

Siyahıya “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden başçılıq edir. İngiltərəli gənc oyunçunun qiyməti 190,2 milyon avroya bərabərdir. Maraqlıdır ki, cədvəldə ilk “üçlük”dəki digər oyunçular da ingilislərdir. “Mançester Yunayted”in hücumçuları Meson Qrinvud və Markus Reşford müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.

Araşdırma 30 yaşa qədər olan futbolçularla bağlı aparıldığından, Lionel Messi, Kriştianu Ronaldo kimi superulduzlar siyahıda yer almayıb.

Ulduz futbolçulardan Cedon Sanço 11-ci, Kilian Mbappe 12-ci yerdə qərarlaşıbsa, Rahim Sterlinq, Kevin De Bruyne “30-luğ”a, Harri Keyn “40-lığ”a, Romelu Lukaku, Məhəmməd Salah, Lautaro Martines “50-liy”ə, Sadio Mane “70-liy”ə, Neymar isə “80-liy”ə düşə bilib.

Ən dəyərli 10 futbolçu:
1. Fil Foden (“Mançester Siti” / İngiltərə) – 190,2 milyon avro
2. Meson Qrinvud (“Mançester Yunayted” / İngiltərə) – 178 milyon
3. Markus Reşford (“Mançester Yunayted” / İngiltərə) – 159,1 milyon
4. Erlinq Haland (“Borussiya”, Dortmund / Norveç) – 155,5 milyon
5. Bruno Fernandeş (“Mançester Yunayted” / Portuqaliya) – 154,3 milyon
6. Frenki de Yonq (“Barselona” / Niderland) – 138,7 milyon
7. Pedri Qonzales (“Barselona” / İspaniya) – 133,2 milyon
8. Alfonso Devis (“Bavariya” / Kanada) – 131,6 milyon
9. Joao Feliks (“Atletko” / Portuqaliya) – 127,8 milyon
10. Meson Mount (“Çelsi” / İngiltərə) – 123,6 milyon