17:45 07-06-2021
news_image
134
FUTBOL

Biri ilə müqaviləni uzatdı, biri ilə rəsmiləşdirdi – “Keşlə”

“Keşlə” yay fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Merab Qiqaurinin keçidi rəsmiləşdirilib.

“Qəbələ”dən ayrılan gürcüstanlı orta sahə oyunçusu yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Həmçinin qəsəbə təmsilçisi müdafiəçisi Şəhriyar Əliyevin başa çatan sözləşmə müddətini daha 1 illik uzadıb.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Sezar Meza Kolli, Elvin Yunuszadə və Bahadur Həziyevlə yollarını ayıran “Keşlə” Rail Məlikov, Ruslan Əmircanov, Tərlan Quliyev, Stanislav Namaşko və baş məşqçi Sənan Qurbanovla müqavilə müddətini yeniləyib.