09:01 08-06-2021
news_image
137
FUTBOL

Azərbaycanla oyuna 3 xal gözü ilə baxır – baş məşqçi

“Avropa çempionatına çıxmaq inanılmazdır. Bunu bacara bilmədiyimiz üçün hamımız məyusuq”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni deyib.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan irlandlar bu gün Macarıstanla yoldaşlıq görüşü keçirəcək. 50 yaşlı mütəxəssis bu qarşılaşmanın onlar üçün vacib olduğunu söyləyib: “Qurduğum komandanın aydın baxışının olduğunu düşünürəm. Futbolçularımın xarakter nümayiş etdirməsini istəyirəm. Macarıstanda yoldaşlıq görüşündə yaxşı performans gözləyirəm. Bu, seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir. Bizi sentyabrda Portuqaliya, Azərbaycan və Serbiyaya qarşı çətin matçlar gözləyir. Ancaq bu görüşlərə 9 xal hədəfi ilə baxırıq”.

Qeyd edək ki, İrlandiya – Azərbaycan oyunu sentyabrın 4-də Dublində keçiriləcək.