09:06 08-06-2021
news_image
80
FUTBOL

AVRO-2020-ni buraxacaq – polşalı hücumçu

Daha bir ulduz futbolçu AVRO-2020-ni buraxacaq.

Apasport.az saytının məlumatına görə, Polşa millisinin futbolçusu Arkadiuş Milik üç gündən sonra başlayacaq qitə çempionatında iştirak edə bilməyəcək.

Buna səbəb hücumçunun zədəli olmasıdır. 27 yaşlı forvard yığmanın məşqində aldığı zədədən sonra tam bərpa oluna bilməyib.

Baş məşqçi Paulo Souza zədəli futbolçunun əvəzinə milliyə digər oyunçu çağırmağa ehtiyac duymayıb. Bu üzdən də yığmada 59 oyuna 15 qol vuran Miliki heç kim əvəzləməyəcək.

Qeyd edək ki, Polşa AVRO-2020-nin qrup mərhələsində İspaniya, Slovakiya və İsveçlə qarşılaşacaq.