09:20 08-06-2021
news_image
159
FUTBOL

Super Liqa klubuna keçə bilər – yığmamızın sabiq futbolçusu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq futbolçusu Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Bundesliqa II klubu “Bohum”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi Super Liqadan təklif alıb.

“Konyaspor” hücumameyilli oyunçu üçün almanlarla danışığa başlayıb. Barışın “Bohum”la müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, klub bu keçid qarşılığında müəyyən məbləğ əldə etmək istəyir. Futbolçunun transfer dəyəri 100 min avroya bərabər göstərilir.

Qeyd edək ki, Barış Ekincier U-21 yığmasının heyətində 12 oyun keçirib, 4 qola imza atıb. O, həmçinin U-17 və U-19-da da çıxış edib.