10:12 08-06-2021
news_image
159
FUTBOL

“Səbail”in sabiq futbolçusu layiq olmadı - yığmaya

Afrika futbol tarixinin rəmzi komandaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Tarixi və Statistikaları Federasiyası (İFFHS) qitənin A və B “11-lik”lərini müəyyənləşdirib.

Azərbaycanda oynamış ən məşhur afrikalı, "Səbail"in sabiq üzvü Maykl Essyen 22 ən yaxşı sırasına layiq görülməyib. Ümumilikdə, Misirdən 6, Kamerundan 4, Nigeriyadan 3, Fil Dişi Sahili, Qanadan 2, Liberiya, CAR, Mali, Əlcəzair, Mərakeşdən 1 oyunçu siyahıya düşüb.

Qapıçı: Tomas Nkono (Kamerun);
Müdafiəçilər: Samuel Kuffur (Qana), Riqobert Sonq (Kamerun), Nurəddin Naybet (Mərakeş), Yaya Ture (Fil Dişi Sahili);
Yarımmüdafiəçilər: Nvankvo Kanu (Nigeriya), Cey-Cey Okoça (Nigeriya), Pele (Qana);
Hücumçular: Samuel Etoo (Kamerun), Jorj Vea (Liberiya), Didye Droqba (Fil Dişi Sahili).

Qapıçı: Essam El Hadari (Misir);
Müdafiəçilər: Lukas Radebe (CAR), Vayl Qoma (Misir), Anri Remzi (Misir), Taribo Uest (Nigeriya);
Yarımmüdafiəçilər: Laxdar Bellumi (Əlcəzair), Mohammed Abutreyka (Misir), Seydu Keyta (Mali);
Hücumçular: Roje Milla (Kamerun), Hossan Hassan (Misir), Mohammed Salah (Misir).