10:53 08-06-2021
news_image
162
AVRO-2020

Premyer Liqa zirvədə, Premyer Liqamız kənarda – AVRO-2020

AVRO-2020-də ən çox futbolçu ilə təmsil olunan liqalar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək turnirdə 42 liqa təmsil olunacaq.

Rekord İngiltərə Premyer Liqasına məxsusdur. Bu çempionatın 118 üzvü AVRO-2020-nin iştirak ərizələrinə daxil edilib.

Almaniya Bundesliqası ikinci, İtaliya A seriyası üçüncü sıradadır. Bu çempionatlar müvafiq olaraq 90 və 70 futbolçu ilə təmsil ediləcək. İlk “üçlük”dən kənar qalan İspaniya La Liqasının 39 təmsilçisi qitə çempionatında oynayacaq. Azərbaycan Premyer Liqası isə çempionatdan kənar qalacaq.

Qeyd edək ki, qitə çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək.