21:53 08-06-2021
news_image
187
AVRO-2020

Ən yaxşı 24 hücumçu – AVRO-2020

Həftəsonu start götürəcək AVRO-2020 ilə bağlı daha bir mövqe üzrə ən yaxşılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu dəfə turnirə qatılacaq hücumçular arasında seçim aparılıb.

Qitə birinciliyində əsas diqqətlərin məhz forvardların üzərlərində olacağı şübhəsizdir. Ən yaxşı hücumçu son vaxtlar əla formada olan polşalı Robert Levandovski hesab edilib. Onu uzun fasilədən sonra Fransa millisinə qayıdan Kərim Benzema izləyib. İlk “üçlüy”ün son sakini isə Belçikanın qol ümidi Romelu Lukaku olub.

Maraqlıdır ki, portuqaliyalı superulduz Kriştiano Ronaldo ən yaxşı 24 hücumçu sırasına düşə bilməyib.

1. Robert Levandovski (Polşa)
2. Kərim Benzema (Fransa)
3. Romelu Lukaku (Belçika)
4. Harri Keyn (İngiltərə)
5. Çiro İmmobile (İtaliya)
6. Andre Silva (Portuqaliya)
7. Xerard Moreno (İspaniya)
8. Joao Feliks (Portuqaliya)
9. Burak Yılmaz (Türkiyə)
10. Kevin Volland (Almaniya)
11. Alvaro Morata (İspaniya)
12. Timo Verner (Almaniya)
13. Vissam Ben Yedder (Fransa)
14. Patrik Şik (Çexiya)
15. Dominik Kalvert-Lyuin (İngiltərə)
16. Olivye Jiru (Fransa)
17. Kasper Dolberq (Danimarka)
18. Andrea Belotti (İtaliya)
19. Aleksander İsak (İsveç)
20. Haris Seferoviç (İsveçrə)
21. Andrey Kramariç (Xorvatiya)
22. Roman Yaremçuk (Ukrayna)
23. Artyom Dzyuba (Rusiya)
24. Teemu Pukki (Finlandiya)