12:19 08-06-2021
news_image
128
FUTBOL

Ən səs-küylü azad agent keçidləri – son 25 ildə

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə böhranı yaşayan Avropa klubları transferlərə çox pul ayıra bilmir.

Apasport.az saytının məlumatına görə, hətta nəhəng klublar belə, ilk növbədə azad agent statusu daşıyan oyunçulara üstünlük verir.

“Mançester Siti”nin futbolçuları Serxio Aquero və Erik Qarsiya məhz bu yolla yenicə “Barselona”ya üz tutub. Halbuki yaxın keçmişdə onları yalnız astronomik məbləğ qarşılığında almaq mümkün olardı.

Bunu nəzərə alan Fransa mətbuatı son 25 ilin ən səs-küylü və uğurlu havayı transferlərini araşdırıb.

1. Robert Levandovski (“Bavariya” - 2014)
2. Lilian Türam (“Parma” - 1996)
3. Sol Kempbell (“Arsenal” - 2010)
4. Andrea Pirlo (“Yuventus” - 2011)
5. Pol Poqba (“Yuventus” - 2012)
6. Mixael Ballak (“Çelsi” - 2006)
7. Leon Qoretska (“Bavariya” - 2018)
8. Stiv Makmanaman (“Real” - 1999)
9. Zlatan İbrahimoviç (“Mançester Yunayted” - 2016)
10. Tiaqo Silva (“Çelsi” - 2020)